AZERBAYCAN JW
AZERBAYCAN JW
8 mart beynəlxalq qadınlar bayramı
http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=1511
"8 mart beynəlxalq qadınlar bayramı" qadına verilmiş bir rüşvətdir. Vəhşi kapitalizm qadını öncə istismar etmiş, sonra da susması üçün ona "pay" vermişdir. Sübut istəyən 1857-ci ilin 8 martında Nyu-Yorkda baş verənlərə baxsın. Qadınlara xas bir gün icad edərək dünyada onları ayrı bir kateqoriya halına gətirmək, qadını insanlıq içərisindən ayırıb başqa bir kateqoriya kimi təqdim etmək modern yanaşma üsuludur. Bu zövq hərisliyi və dəyərsizləşməyə dayanan modernizmin qadını şəhvət obyekti halına gətirmək mərhələsinin bir parçasıdır. Bu, müasir terminlərin arxasında gizlənərək qadın prizmasından İslamı zədələmək istəyənlərin əsas hədəfləridir. Quran isə qadına "cinsiyyət" deyil "insiyyət" [insanlıq] mərkəzli bir dillə yanaşır. Qarşılıqlı hüquq və vəzifələrinin olduğunu xatırladır. “Kişinin qadın üzərində haqları olduğu kimi, qadının da kişi üzərində haqları vardır” deyir. Savab əməllərə veriləcək mükafatın bildirildiyi bir ayədə “İstər qadın olsun, istər kişi fərq etməz” deyilir və “siz bir birinizdənsiniz” əlavə olunur. Ərəbcəsində badukum min bad şəklində gələn ifadə “ancaq bir araya gələrkən mükəmməl olan iki parçanın birinin digərindən üstünlüyünü rədd edən bir ifadədir. Quran qadını Nisa olaraq anır. İbn Abbasa görə bu sözün kökü insan kəlməsidir. Yəni qadın İnsanlığın təməlidir. Əslində Quranın bu yanaşması qadın və kişi məsələsinə etimoloji bir cavabdır. Bu cavabı bu cür də anlaya bilərik “Kişi daha üstündür yoxsa qadın?- deyə boş işlərlə vaxtını israf edənlər. Kişi ilə qadın bir cüt ayaqqabı kimidirlər. Bərabərdirlər ancaq eyni deyillər. Ayaqqabısını tərs geyinən biri həmin an səhv bir iş gördüyünü anlayır. Onsuz da eynidir deyə ayaqqabısının sağını soluna, solunu sağına geyinən, həm ayağa, həm də ayaqqabıya zülm etmiş olar. Quranın müharibə və buna bənzər digər fəlakətlərin bəzi fəsadlarını aradan qaldırmaq üçün xüsusi hallarda icazə verdiyi, hətta təşviq etdiyi “çox evlilik” cinsi istəklərinin qulu olmuş şəhvətpərəstlərin anladığı kimi deyil, tamamilə fərqli bir mənaya sahibdir. Zinanı həyat tərzi halına gətirmiş bir beyin bu həqiqəti əsla qavraya bilməz. Modernlər qadını evdən çıxarıb evini yıxdılar. Qadınları inandırmaq üçün “bu ev sənin zindanındır” dedilər. Bu təlqinlə qadın evini tərk etdi. Ancaq onlara ev qarşılığında verilən şey, küçə, supermarket, klub, fabrik, ofis və sairə oldu. Ancaq bunların heç biri qadın üçün evi əvəz edə bilmədi. Qadın çölə heyran olmaqla yanaşı evə də düşmən oldu. Ancaq çöl onu qorumadı, qoruya da bilməzdi. Çünki onu evindən qoparmaq istəyənlər onun evsiz, gücsüz, mühafizəsiz qalmasını istəmişdilər. Evdən ayrılan qadın əvvəlcə analığını unutdu, özünə yadlaşmağa başladı. Çünki çöldəkilərin ona yüklədiyi yüklə bərabər analıq yükünü birlikdə daşıya bilməzdi. Evlərin divarları, daşları yerində olsa da uçulmuş evlərə çevrildilər. Çünki öncə Qadını evindən, sonra analığından, sonra ailəsindən və nəhayət qadınlığın şərəfli missiyasından qopardılar... Mustafa İslamoğlu Hazırladı: Seymur Bədirxanlı/Azerislam.com |